YALA BƏNZƏR UZUNUNA DYUNLAR

parabolik dyunların “buynuzlarını” ot basması sayəsində əmələ gəlmiş dyun formaları. Dyunların bərkidilməmiş sərbəst orta hissəsi hərəkət zamanı bərkidilmiş uc hissələrindən ayrılır, nəticədə bir-birinə paralel iki tirə əmələ gəlir. гребневидные продольные дюны ridge like longitudinal dunes
YAL
YALAX
OBASTAN VİKİ
Yala bənzər uzununa dyunlar
Dyunlar
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Uzununa dayanıqlıq
Uzununa sabitlik, Uzununa dayanıqlıq və ya Uzununa stabillik, təyyarənin burun-quyruq oxunda, yer düzlüyünə paralel olan düzlükdəki sabitliyini ifadə edir. Bir təyyarə, burun yuxarı və ya burun aşağı enərkən bir problem yaşayanda orijinal vəziyyətinə qayıtmağa meyl edərsə, buna uzununa dayanıqlıq deyilir. Əgər problem istiqamətində daha çox problemlərə meyllidirsə, bu dəfə uzununa qeyri-stabil adlandırılır. Uzununa qeyri-stabil təyyarələrdə baş verən problemdən sonra pilot müdaxiləsi baş vermirsə, təyyarə saxlanma itkisinə uğrayır.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Parabolik dyunlar
Yataqboyu dyunlar
Zəncirvari dyunlar
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
Ambroziyaya bənzər tərə
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Daşsarmaşığına bənzər çəpərsarmaşığı
Daşsarmaşığına bənzər çəpərsarmaşığı (lat. Calystegia hederacea) — çəpərsarmaşığı cinsinə aid bitki növü.
Qaymaqçiçəyinə bənzər əsmə
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Müsnəd Əbu Yala əl-Mövsili
Müsnəd Əbu Yala əl-Mövsili (ərəb. مسند أبي يعلى الموصلي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Əbu Yala əl-Mövsili tərəfindən toplanan hədislər toplusu. Əbu Yala hicri təqvimi ilə 210-cu ilin şəvval ayının 3-də anadan olub. O, elm axtarışında müsəlman dünyasını gəzmiş, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn əl-Mədini, Yəhya ibn Məin və o dövrün bir çox başqa üləmalarından dərs almışdır. Əbu Yalaya görə hədisləri ən-Nəsai, İbn Hibban, ət-Təbərani, İbn Ədi, İbn əl-Sünni və başqaları nəql etmişlər. “Müsnəd Əbu Yala”nın iki variantı var: Müsnəd əs-Sağir (ərəb. المسند الصغير‎, Kiçik müsnəd) — Əbu Amrdan (Məhəmməd ibn Əhməd ibn Həmdani əl-Xiri) nəql olunan qısa variant. Hafiz Əli ibn Əbu Bəkr əl-Heysəmi “Məcmə əz-Zəvaid” əsərində bu versiyaya istinad etmişdir. Müsnəd əkl-Kəbir (ərəb. المسند الكبير‎, Böyük müsnəd) — Əbu Bəkrdən nəql olunan daha uzun variant (Məhəmməd ibn İbrahim ibn Əli ibn Asim ibn əl-Mukri əl-İsfahani).
Alma almaya bənzər (film, 1975)
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Dioksinlər və dioksinə bənzər birləşmələr
Dioksinlər — məlum olan ən zəhərli maddələr qrupu. Dioksinlər polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Dioksinlər üzvi maddələrdə həll olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin yarımparçalanma dövrü 10–20 il təşkil edir. Aşağıda ətraf mühitin (atmosfer havasına, su hövzəsinə, torpaq örtüyünə) dioksinlərlə çirklənməsi prosesləri verilmişdir. Atmosfer havasına dioksinlər və furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişi zamanı daxil olur. Su hövzəsinə dioksinlər əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin tullantılarından daxil olur. Torpaq örtüyünün dioksinlərlə furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində disoksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab olunur.
Eşq sənə bənzər (film, 2015)
Eşq sənə bənzər baş rollarını Fahriye Evcen ilə Burak Özçivitin paylaşdığı 2014-cü il istehsalı Türk filmidir. 23 yanvar 2015-ci ildə ekranlara çıxan istehsal bir eşq hekayəsidir. Egeydə bir sahil qəsəbəsində keçməkdədir. Dəniz dondurmaçı, Əli isə balıqçıdır. Dənizin köhnə həyatını unutmaq üçün gəldiyi sahil qəsəbəsində dondurmaçıda işə başlar.Dondurma vəsaiti almaq üçün çıxdığındaysa Əliylə qarşılaşır.Əli ilk gördüyü andan etibarən Dəniz'e vurulmuşdur və arxasını heç buraxmayacaq.